Son Xəbərlər
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə
Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan təmizlikçi qadın,
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib.
Ukrayna Rusiyanın sədrliyi ilə keçirilən BMT-nin Təhlükəsizlik Şurasının
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
banner

Voleybol nə vaxt və harda yaranıb?

21 may 2024, 12:42
Voleybol nə vaxt və harda yaranıb?

1895-ci il fevralın 9-da ABŞ-ın Massaçusets ştatının Holyok şəhərində Xristian Gənclər Təşkilatının rəhbəri Uilyam Morqan topla yeni komanda oyunu icad edib.

U.Morqan basketbol, beysbol və həndbolun elementlərini bir araya gətirmək qərarına gəlib. O, toru tennis oyunundan nümunə götürərək, döşəmədən təqribən 196 santimetr hündürlükdə yerləşdirib. Bu isə həmin dövrün ölçüsünə görə ortaboylu adamdan uca olub. Oyunun mahiyyəti topu torun üzərindən atmaqda idi. İlk vaxtlar oyunçuların sayına məhdudiyyət qoyulmayıb və oyunu “mintonet” adlandırıblar. Bir ildən sonra Massaçusets ştatının Sprinqfild şəhərində Xristian Gənclər İttifaqının konfransında “mintonet” oyununun ictimaiyyət üçün təqdimatı keçirilib. Bu assosiasiya sonralar voleybol oyununun genişlənməsinin fəal təşəbbüskarı olub.

Topu əllə vuraraq tor üzərindən keçirmək oyunun əsas ideyası olduğu üçün professor Alfred Halsted “mintonet” adının ingiliscə “uçan top” mənasını verən “voleybol” sözü ilə əvəzlənməsini təklif edib.

1897-ci ildə mütəxəssislər tərəfindən voleybol oyunu və qaydaları haqqında müxtəsər hesabat Xristian Gənclər Assosiasiyasının atletik liqasının rəsmi sorğu kitabçasına daxil edilib. 1900-cü ildə voleybol ABŞ-ın sərhədlərini aşıb dünyanın müxtəlif ölkələrində yayıldı.

İlk beynəlxalq voleybol turniri  1922-ci ildə Y.M.C.A-nın çempionatında 11 əyalətdən 27 komandanın qatılımı ilə gərçəkləşmişdir. Altı il sonra isə yeni qaydalara ehtiyac olduğu görülmüş və USVBA (ABŞ Voleybol Federasiyası) qurulmuşdur. 1937-ci ildə Bostonda Qeyri-peşəkar İdman Növləri Birliyinin qərarı ilə həmin federasiya voleybolda qanunverici və icraçı orqan olmuşdur.

Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə "Neftçi" cəmiyyətində ilk voleybol məşqləri keçirilmişdir. Voleybol bakılılar arasında daha geniş yayılmışdı. "Rote Fane" (indikı Nizami parkı), Kommunalniklər bağı (C.Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. 1927-ci ildə isə "Dinamo" və "Kommunalnik" cəmiyyətlərində voleybol bölmələri açıldı.

Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başladı. 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən  FIVB-a və CEV 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) daxil olmuşdur.