Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib

17 may 2024, 11:23
Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idman növü üzrə respublika birinciliyi keçirilib.

Nazirlikdən LiderXəbər.az-a verilən xəbərə görə, Beynəlxalq Badminton Federasiyasının qaydaları əsasında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 100 nəfərə yaxın idmançı iştirak edib. Yarış 2010–2011, 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilib.

Respublika birinciliyinin qalibləri diplom, medal və kubokla təltif olunublar.

Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsini şagirdlərə aşılamaq, badminton idman növünü təbliğ etmək və məktəblilərin yarış təcrübələrini artırmaq olub.