Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Messi zəlzələ ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib

13 fev 2023, 13:59
Messi zəlzələ ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib

Argentina millisini və PSJ-nin futbolçusu Lionel Messi Türkiyə və Suriyada baş verən güclü zəlzələlər haqqında öz sosial şəbəkə hesablarında paylaşım edib.

LiderXəbər xəbər verir ki, fəlakət səbəbindən məyus olduğunu bildirən 35 yaşlı hücumçu həlak olanlara görə başsağlığı verib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli bir zamandır. Ürəyim onlar üçün döyünür”.

Həmçinin, argentinalı futbolçu qayğıkeş azarkeşləri zəlzələdən zərər çəkmiş uşaqlara kömək etməyə çağırıb və xeyriyyə təşkilatının linkini öz paylaşımına əlavə edib.

Bundan əvvəl Messinin PSJ-nin heyətində geyindiyi və imzaladığı forması Türkiyə millisinin üzvü Merih Demiralın kampaniyası çərçivəsində hərraca çıxarılmışdı. Formanı satışından əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Türkiyəyə göndəriləcək. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib, 30 min nəfər həyatını itirib. Həmçinin həmin vaxt Suriyada yaşanan zəlzələdə də çox sayda insan dünyasını dəyişib.