“Qalatasaray” və “Roma” arasında xeyriyyə xarakterli yoldaşlıq oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, matçdan gələn qazanc Türkiyədəki zəlzələdən zərər görənlərə yardıma yönələcək.
Bu barədə iki klub arasında razılıq əldə olunub. Lakin qarşılaşmanın dəqiq tarixi müəyyənləşməyib.
Qeyd edək ki, fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində 7,8 bal zəlzələ olub. Ardınca 5,6 və 4,4 ballıq daha iki təkan qeydə alınıb.