Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

“Qarabağ” 8 min manat cərimə olundu

26 may 2026, 15:25
“Qarabağ” 8 min manat cərimə olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXIII turunun oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləriı 2500 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 8000 manat ziyana düşüb.

“Neftçi” ilə oyunda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimələnib. Qarşılaşmanın 65-ci dəqiqəsində “Neftçi”nin 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun oyunluq cəzalandırılıb, “ağ-qaralar” 1000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.