Son Xəbərlər
Suriyada son günlər şiddətli qarşıdurmalar yaşanır. Xüsusilə "Heyət
Ağadadaş Ağayevin məhkəməsində insident yaşanıb. Liderxeber.az xəbər verir ki,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Sumqayıtda mənzildə və fərdi evdə
VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova vəzifəyə təyin olunub.
Prezident İlham Əliyevin oktyabrın 17-nə imzaladığı sərəncama əsasən, dekabrın
AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki
Prezident İlham Əliyev Elbrus Saleh oğlu İsayevin Naxçıvan Dövlət
Azərbaycan növbəti ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə
banner

Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb

14 okt 2024, 08:56
Çin ordusu Tayvan ətrafında təlimlərə başlayıb, ada mühasirəyə alınıb

Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb, ada mühasirəyə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə “Reuters” ÇXAO-nun Şərq Döyüş Komandanlığı Zonasının bəyanatına istinadən məlumat yayıb.

“Təlimlər həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi (Çinin – red.) qorumaq üçün qanuni və zəruri bir tədbirdir”, – Çin hərbi qüvvələrinin bəyanatında deyilir.

“Reuters” bildirib ki, bu dəfə hərbi manevrlərin bitmə tarixi açıqlanmayıb. Tayvan Müdafiə Nazirliyi artıq Çinin “irrasional və təxribatçı hərəkətlərini” pisləyib və adanın Çin qoşunları tərəfindən faktiki mühasirəyə alınması ilə əlaqədar öz silahlı qüvvələrinin yerləşdirilməsini elan edib. Ötən həftə Milli Gün bayramında prezident Lay Sindenin Pekinin Tayvanı təmsil etmək hüququnun olmadığını vurğulamasından sonra ada yüksək hazırlıq vəziyyətindədir. Onun nitqi Çin hakimiyyəti tərəfindən pislənib.

Çin rəsmiləri dəfələrlə qeyd ediblər ki, Pekin Tayvanı üsyankar əyalət hesab edir və lazım gələrsə, hərbi güc vasitəsilə Çinin tərkibinə qaytarılmalıdır. Ada iqtidarı 1949-cu ildə vətəndaş müharibəsinin bitməsindən sonra materik Çindən müstəqilliyini elan edib, lakin Tayvanı suveren dövlət kimi təxminən on ölkə tanıyır.

Çinin müdafiə naziri Dun Szün iyunun əvvəlində Sinqapurda keçirilən illik “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda çıxış edərək bildirmişdi ki, onun ölkəsi Tayvanın müstəqilliyini məhdudlaşdırmaq üçün “qətiyyətli addımlar” atacaq. Onun sözlərinə görə, xarici qüvvələr və “separatçılar” Tayvanın Çinlə dinc yolla “birləşməsi” perspektivini getdikcə daha çox “sarsıdırlar” və Pekin onların hərəkətlərinə mane olmaq üçün “qətiyyətli tədbirlər” görməyə hazırdır.

ÇXR müdafiə naziri əlavə etmişdi ki, Çin Tayvanla dinc yolla “birləşməyə” sadiq qalsa da, ÇXR ordusu bu məsələnin mümkün həllində “güclü qüvvə” olaraq qalacaq. Bundan başqa, Dun xarici dövlətləri ölkənin “daxili məsələlərinə” müdaxilə etməkdə və “separatçıları ruhlandırmaqda” ittiham etmişdi.

İlin əvvəlində seçilmiş Tayvan Prezidenti Lay Sinde mayın 20-də keçirilmiş andiçmə mərasimində müstəqillik kursunu təsdiqləmişdi: “Mən Çini Tayvana siyasi və hərbi vasitələrlə hədə-qorxu gəlməyi dayandırmağa və Tayvanla birlikdə Tayvan boğazının hər iki tərəfində və bütün regionda sülh və sabitliyin qorunması üçün səylə çalışaraq qlobal məsuliyyət götürməyə çağırıram ki, dünya müharibənin başlanmasından qorxmasın”.

“Separatçı bəyanatlara” cavab olaraq Çin tezliklə Tayvan yaxınlığında 111 təyyarə və onlarla gəminin iştirak etdiyi hərbi təlimlər keçirmişdi. Taybey həmin manevrləri mövcud dünya nizamına qarşı “açıq-aşkar təxribat” adlandırmışdı.