Son Xəbərlər
“Bənövşəyi xəttin tikilməkdə olan 6-cı stansiyası həm də “Nizami” stansiyası
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu

Ərdoğandan Suriyada baş verənlərə - Reaksiya

03 dek 2024, 08:02
Ərdoğandan Suriyada baş verənlərə - Reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada üsyançılarının ölkənin ikinci şəhəri Hələbə hücumuna ilk dəfə reaksiya verib.

Liderxeber.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Ankarada Monteneqro lideri Yakov Milatoviçlə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Türkiyə liderinin sözlərinə görə, Suriyadakı hadisələri çox diqqətlə izləyirlər.

“Biz Suriya böhranının ölkənin ərazi bütövlüyü, milli birliyinin qorunması və xalqın tələbləri əsasında həll olunacağına ümid edirik”, - deyə Ərdoğan bildirib.

Siyasətçi vurğulayıb ki, Ankaranın prioriteti Türkiyənin özünün milli təhlükəsizliyidir: “Biz hadisələrin arzuolunmaz gedişinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”.