Son Xəbərlər
Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur. Liderxeber.az
NATO baş katibi Mark Rutte Ukraynaya Rusiya ilə istənilən sülh danışıqlarını
Arktika buzlaqları üç il ərzində tamami ilə yox ola bilər. Liderxeber.az xəbər
İli köhnə avtomobillərin taksi xidmətinə qoşulması qanunla qadağan olsa da,
"Hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem
BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar
Kartof ən qiymətli tərəvəz növlərindən biridir. Liderxeber.az xəbər verir ki,
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu BMT-nin Elm, Təhsil və
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosunun
banner

Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir

06 may 2024, 17:45
Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir

Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir.

LiderXəbər xəbər verir ki, Baş nazir Robert Fiko artıq Bakıya yola düşüb.

Bildirilib ki, Baş nazir ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə etmək üçün mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Görüşdə Azərbaycan qazının Slovakiyaya ixracı variantları da müzakirə olunacaq.

Slovakiya Baş naziri və Azərbaycan Prezidenti Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaqlar”, - Slovakiyanın hökumət kabinetinin mətbuat departamentindən bildirilib.

Həmçinin Slovakiya və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

Səfər zamanı Baş nazir Robert Fikonu bir qrup sahibkar da müşayiət edir. Onlar Slovakiya ilə Azərbaycan biznes dairələri arasında əməkdaşlığa dair danışıqlar aparacaqlar.

Qeyd olunub ki, bu, Fikonun Avropa İttifaqından kənara ilk xarici səfəridir və məqsəd Slovakiya iqtisadiyyatını dəstəkləmək və yüksək iqtisadi potensiala malik ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirməkdir.

Slovakiya nümayəndə heyətinə həmçinin iqtisadiyyat naziri Denisa Sakova, xarici işlər naziri Juraj Blanar və müdafiə naziri Robert Kalinak daxildir.