Son Xəbərlər
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İsrailə endirilən raket
ABŞ Prezidenti Donald Tramp regional gərginliyin daha da böyüməməsi üçün

Qarşı tərəfin vəkili Ağadadaş Ağayevi əsəbiləşdirdi: Xalq artistinə yekun ittiham elan olundu

03 dek 2024, 17:19
Qarşı tərəfin vəkili Ağadadaş Ağayevi əsəbiləşdirdi: Xalq artistinə yekun ittiham elan olundu

Ağadadaş Ağayevin məhkəməsində insident yaşanıb.

Liderxeber.az xəbər verir ki, məhkəmədə qarşı tərəfin vəkillərinin sualları xalq artistinin əsəbiləşməyi ilə nəticələnib. Buna görə də zərərçəkəninin müdafiəçisi məhkəmə sədrinə bu barədə şifahi şikayət edərək xalq artistini onun hüquqlarını pozmaqda ittiham edib. Hakim hər iki tərəfi nəzakətli olmağa dəvət edərək məhkəmə qanunlarına riayət etməyə çağırıb.

Zərərçəkənin vəkili Gülşən Salmanova vəsatət qaldıraraq Ağadadaş Ağayevin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəmədə elan edilməsi istənilib. Vəsatət qəbul olunaraq ifadə elan edilib.

Məhkəmənin növbəti iclası dekabrın 17-nə təyin edilib.

Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Liderxeber.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib.

O, ifadəsində qeyd edib ki, həmin gün xəstəliyi ilə əlaqədar kəskin ağrıları olub:

"Məndə kəskin ağrılar başlamışdı. Məcbur qalıb kömək istədim. Mühafizə üstümə qışqırdı ki, sən kimsən mənə əmr edirsən, çox böyük adamsan? Gəl özün düş aşağı. Mənə qarşı pis söz işlətdi.

Mən məcbur qalıb aşağı düşdüm. Əlində dəmir parçası ilə gəldi üstümə. Məni təhqir edə-edə üstümə cumdu. Bağçada istifadə etdiyim balta həyətdə idi. Onun əlindəki dəmiri görəndən sonra məcbur qaldım baltanı götürdüm ki, özümü müdafiə edim. Mən ona baltanı atdım ki, geri qayıtsın. O da qayıtmayıb üstümə gəldi. Təxminən 10 metr məsafədən baltanı atdım ona. Bütün bunlara baxmayaraq, üstümə gəldi, əlbəyaxa oldu mənimlə. Zərbə vuraraq yerə yıxdı məni. Yanımızda olan digər əməkdaş onun mənə vurduğu zərbələrin əksəriyyətinin qarşısını alırdı. Mən müvazinətimi itirdim, sərbəst yeriyə bilmirdim. Bir nəfərin yardımı ilə oradan uzaqlaşdırıldım".

Prokurorun "Törətdiyiniz əmələ münasibətiniz necədir?" - sualına Xalq artisti "çox pis, günahkar kimi yox, bir insan kimi peşman olmuşam", - deyə cavab verib.