Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Vardanyanın şikayəti rədd edildi

27 may 2024, 14:13
Vardanyanın şikayəti rədd edildi

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan həbs müddətinin uzadılması ilə bağlı qərardan narazı qalıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, R.Vardanyan vəkili vasitəsilə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayət ərizəsində həbs qərarının ləğv edilməsi istənilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədov xüsusilə ağır cinayətdə ittiham olunan müttəhimlə bağlı birinci instansiya məhkəməsinin qərarını qanunauyğun hesab edib. Qərara əsasən, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib. Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. 10 gün əvvəl istintaqı aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.