Son Xəbərlər
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk

Türkiyə sərhədi ilə fiber-optik magistralın inşasının birinci mərhələsi başa çatıb

06 iyn 2024, 12:42
Türkiyə sərhədi ilə fiber-optik magistralın inşasının birinci mərhələsi başa çatıb

Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər fiber-optik magistralın inşası işlərinin birinci mərhələsi yekunlaşıb.

Liderxeber.az-Economics  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli bildirib.

O qeyd edib ki, artıq inşaat işlərinin satın alınması başa çatıb: "Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə muxtar respublika üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb".