Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli

Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib

28 iyl 2024, 09:52
Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib

Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər. Çünki suyun səviyyəsi kifayət qədər təminat vermir”, - deyə məlumatda bildirilib.

Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.

Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.