Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus
Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də
Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının
Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də
İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin
Bakıda keçirilən COP29 iqlim konfransında Cənubi Asiya ölkələrinin “COAST”
Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının
banner

Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb

28 may 2024, 09:40
Qonşu ölkədə yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəlik yayılıb

Rusiyada yaddaş itkisi və hallüsinasiyalara səbəb olan xəstəliyin yayılması qeydə alınıb.

Bu barədə "Samara" telekanalı xəbər verib. Söhbət Malta qızdırmasından - xırdabuynuzlu heyvanların brusellyozundan gedir. Ocaq Samara şəhərinin Kuybyşev rayonundakı şəxsi təsərrüfat ərazisində aşkarlanıb. Bununla əlaqədar regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, onların gətirilməsi və aparılması (kəsim üçün aparılma istisna olmaqla), inventarın gətirilməsi, keçi və qoyunların sağılması, onların südündən pendir hazırlanması qadağan edilib. Qeyd edək ki, xəstəlik ət, süd və pendir kimi yetərincə emal edilməmiş məhsulların istehlakı zamanı insanlara ötürülür. Yoluxmuş heyvanla təmas vasitəsilə də yoluxma mümkündür. Xəstəliyin xroniki formasında artrit, hepatit, yaddaş və hərəkətlərin koordinasiyasının pozulması, eləcə də digər ciddi ağırlaşmalar yarana bilər. Brusellyoz başqa cür Malta, Kipr, Cəbəllütariq qızdırması, eləcə də Banq xəstəliyi adlanır. İnkubasiya dövrü bir həftədən beş aya qədər davam edə bilər.