Son Xəbərlər
Şuşa şəhərinin Bayraq Meydanında Zəfər muzeyinin inşası nəzərdə tutulur.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Rəna Hümbətova
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
banner

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib

21 sen 2024, 07:35
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Rəna Hümbətova Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində keçirilən seçki nəticəsində UNECE-nin Dayanıqlı Enerji Komitəsinin vitse-sədri seçilib.

Liderxeber.az xəbər verir ki, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova 16-20 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Dayanıqlı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Tədbirin “COP29” və “SPECA Forum 2024”-ə doğru: Cənub-Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda enerji keçidinin sürətləndirilməsi” adlı panelində təqdimatla çıxış edən Rəna Hümbətova tədbirdə enerji keçidi ilə əlaqədar planlar barədə məlumat verib, həmçinin ölkəmizdə istifadə edilməsi nəzərdə tutulan yaşıl texnologiyaların tətbiqi ilə əlaqədar ehtiyac və üstünlüklər barədə danışıb.

Daha sonra Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində UNECE-nin Dayanıqlı Enerji Komitəsinin seçkisi keçirilib. Seçki nəticəsində Rəna Hümbətova Komitənin vitse-sədri seçilib.

Seçkidən dərhal sonra “Gələcəyə baxış: Davamlı Enerji Komitəsinin görəcəyi işlər” ilə bağlı sessiya keçirilib. Sessiyada yeni seçilmiş Komitənin sədr və sədr-müavinləri növbəti dövr üzrə dayanıqlı enerji sahəsində əsas hesab olunan istiqamətlərin inkişafına dair yanaşmalar barədə müzakirələr aparıb. Adıçəkilən sessiyada Rəna Hümbətova UNECE-nin Dayanıqlı Enerji Komitəsinə yeni seçilmiş vitse-sədr olaraq enerji keçidinin sürətləndirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayaraq, yaşıl enerji dəhlizlər konsepsiyası və həmin konsepsiyanın ayrılmaz hissəsi olan hidrogen enerjisindən danışıb.