Son Xəbərlər
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və

Gülən Türkiyəyə təhvil verilib? - Yeni fotosu

06 iyn 2024, 11:17
Gülən Türkiyəyə təhvil verilib? - Yeni fotosu

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl FETÖ terror təşkilatının 83 yaşlı lideri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında yaşadığı malikanədən qaçırıldığı barədə məlumatlar yayılıb.

Liderxeber.az xəbər verir ki, FETÖ-nün taleyi naməlum qalarkən, keçmiş Oda TV yazarı Müyesser Yıldız Gülənin Türkiyəyə təhvil verildiyini iddia edib.

“Pensilvaniyadakı malikanəsi boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq vəziyyəti günlərdir müzakirə olunur. “Ölür, ölür”, - deyilir. Gündəmə gələn son iddia isə ABŞ-nin Güləni Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) təhvil verdiyi, təyyarəsinin Türkiyəyə doğru uçduğu və bu məlumatların hələlik gizli saxlanıldığıdır”, - Yıldız öz yazısında qeyd edib.

Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı iddialar Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində də gündəmə gətirilib. Komitə sədri Fuat Oktay bu barədə heç bir məlumatının olmadığını bildirib. Türkiyə Xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay da bu barədə məlumatsız olduqlarını qeyd edib.

Bütün bu kimi müzakirələr fonunda ötən gün FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” sosial media hesabında Fətullah Gülənin yeni fotosu paylaşılıb.

Fətullah Gülənin hazırda harada olması ilə bağlı müzakirələr davam edərkən sözügedən fotonun paylaşılması yenidən müzakirələrə səbəb olub.