Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Kanadanın General-Qubernatoru: Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyirik

30 may 2024, 20:19
Kanadanın General-Qubernatoru: Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyirik

Kanadanın General-Qubernatoru Meri Saymon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Liderxeber.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. zərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizi və ölkənizin vətəndaşlarını bütün kanadalılar adından təbrik edirəm.

Kanada Azərbaycanla əlaqələrini, eləcə də fəal Azərbaycan-Kanada icması tərəfindən qurulan xalqlararası münasibətləri möhkəmləndirməyi davam etdirmək əzmindədir. İkitərəfli müsbət əlaqələrimiz qadınların səlahiyyətlərinin artırılması, qlobal təhlükəsizlik və ətraf mühitin mühafizəsi kimi mühüm məsələlərlə bağlı birgə səylərimizlə daha da möhkəmlənir. Həmçinin Kanada demokratik inkişaf və rifah kimi dəyərlərin Cənubi Qafqazda sülhü möhkəmləndirəcəyinə qəti şəkildə inanır.

Kanada bu ilin sonunda Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözləyir. Kanada Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməyə, həmçinin vətəndaşlarımız üçün daha yaxşı gələcək naminə birgə səy göstərməyə hazırdır. Bu bayram münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".