Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub

30 may 2024, 15:32
Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub

Azərbaycanın biznes imkanları və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərin bərpası Avstriyada təqdim olunub.

Liderxeber.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. Təqdimat Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş "Invest in Azerbaijan" adlı tədbirdə baş tutub. "Invest in Azerbaijan" tədbiri İqtisadiyyat Nazirliyi, AZPROMO, Azərbaycan-Avstriya Ticarət Palatası, Avstriya Ticarət Palatası (WKO) və Avstriya Sənaye Palatasının dəstəyi, Azərbaycanın Polşada fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan-Avstriyanın Ticarət Palatasının Prezidenti Cerald Gestbayer Azərbaycan-Avstriya xarici ticarət əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıblar. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi və ticarət nümayəndəsinin Aparatının əməkdaşı tərəfindən Azərbaycanın biznes imkanları və investisiya mühiti, sənaye parkları və aqroparklar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizin tranzit və logistika potensialı, www.invest.gov.az veb-səhifəsi barədə təqdimatlar təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində Avstriyanın tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və kimya sənayesi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.