Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

ABŞ Maliyyə Nazirliyi Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər

26 may 2024, 15:10
ABŞ Maliyyə Nazirliyi Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ Rusiyada fəaliyyətini davam etdirən Avropa banklarına qarşı sanksiyaları sərtləşdirə bilər.

Liderxeber.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen İtaliyanın Stresa şəhərində maliyyə nazirləri və “Yeddilik” qrupunun mərkəzi banklarının rəhbərlərinin görüşünün sonunda Reuters agentliyinə müsahibəsində deyib. “Biz Rusiyada fəaliyyət göstərən banklara qarşı sanksiyaların daha da sərtləşdirilməsi imkanlarını nəzərdən keçiririk”, deyən Yellen, söhbət hansı konkret maliyyə qurumlarından getdiyini açıqlamayıb. “Bunun üçün əsaslar olarsa, sanksiyalar tətbiq olunacaq. Bütün hallarda Rusiyada bankların işinin davam etdirilməsi böyük risklərlə doludur”. “Reuters” adı açıqlanmayan mənbəyə istinadən xəbər verib ki, ABŞ Maliyyə Nazirliyi mayın əvvəlində “RBI”ya məktub göndərərək, onun Rusiyada fəaliyyətinin davam etdirilməsinin şirkətin Amerika maliyyə sisteminə çıxışının məhdudlaşdırılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. “Bloomberg” isə bildirib ki, Aİ-nin aparıcı bankları, əməliyyatlarını məhdudlaşdırmaq barədə ictimaiyyətə verdikləri vədlərə baxmayaraq, Rusiyada iri, getdikcə daha çox gəlir gətirən bölmələrinin fəaliyyətlərini davam etdirirlər.