Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Abdullahianın dəfn tarixi və yeri açıqlandı

22 may 2024, 09:00
Abdullahianın dəfn tarixi və yeri açıqlandı

Helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı Tehranda Şah Əbdül Əzim məscidində dəfn ediləcək.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyasını dəyişən xarici işlər naziri ilə vida mərasimi mayın 23-də Tehranın Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda yerli vaxtla saat 09:00-da keçiriləcək. Dəfn isə həmin gün saat 11:00-da Şah Əbdül-Əzim abidə kompleksinin ərazisində baş tutacaq.

Qeyd edək ki, mayın 19-u baş vermiş qəza nəticəsində İran Prezidenti ilə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar