Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

“Planetin ağciyərləri” adlanan Amazon meşələri...

22 may 2024, 09:14
“Planetin ağciyərləri” adlanan Amazon meşələri...

Cənubi Amerikada, yəni Braziliya, Kolumbiya, Peru və Venesuela kimi ölkələrin ərazisində Amazon adlı geniş, təbii bir bölgə yerləşir. Amazon planetin ən təhlükəli və cazibədar bölgəsindən biridir. Bölgə dünyanın ən böyük çayı olan Amazon çayının hövzəsində yerləşir. Başdan başa sıx və tropik meşələrlə örtülü olan, hələ də tam araşdırılmamış sahəsi 5 mln. km²-dan artıqdır.

Amazon meşələri “planetin ağciyərləri” adlanır. İqlimi tropik rütubətlidir. 

Amazon meşələrində məskunlaşma təxminən 11 min il bundan əvvəl başladı və bu arxeoloji ekspedisiyaların nəticələri ilə sübuta yetirilir. İlk böyük qəbilələrin məskənləri 13-cü əsrin əvvəllərində meşə ilə çayın sərhəd zolaqlarında əmələ gəlməyə başladı. Avropalıların ayağı yalnız 16-cı əsrin ortalarında Amazon torpaqlarına dəydi. İlk bura gələn isə Amazonun adını tarixə yazdıran Fransisko Orellana olmuşdur.

Əfsanəyə görə, Avropalılara Latın Amerikasının bu geniş ərazisinə bu adını verməyə o səbəb oldu ki, ekspedisiya əsnasında İspaniyalılar bir vəhşi tayfanın qadınlarının məhz qədim yunan mifologiyasındakı "Amazon" qadınları kimi döyüşkən mübariz olmaları idi.

Amazonun şiddətli qonaqpərvərliyi
Amazonu tədqiqatçılar heç vaxt qonaqpərvər bir yer kimi hesab etməmişdi. Bu torpaq çox sayda çağırılmamış qonağın həyatına son qoyub; bəziləri yerli qəbilələrin qurbanı olub, bəziləri tropik xəstəliklərə tutularaq canını verib, bəziləri isə insan ayağı dəyməyən sıx cəngəlliklərdə yolunu itirərək, yemək və ya içməli su əldə edə bilmədiyinə görə ölmüşdür.

Bölgədəki elmi kəşflər
Bununla yanaşı, ərazinin öyrənilməsi ilə bağlı elmi işlərin aparıldığı illərdə bir çox həqiqətən qiymətli kəşflər edilmişdir. Belə ki, məsələn, Amazonda rezin ağacının böyük ehtiyatları tapılmışdır. Buradakı 40 mindən çox bitki aşkar edilmiş və araşdırılmışdır ki, bunların bir çoxu nadir xüsusiyyətlərə malikdir və ciddi xəstəliklərlə kömək edə biləcək bahalı dərman preparatlarında istifadə olunur. 

Planetin ağciyəri adlandırılan Amazon meşələri dünyanın ən zəngin canlı aləminə (bitki örtüyü və heyvanat aləmi) malik olan ərazidir. Alimlərin fikrincə, meşə ərazisində dörd yüzdən artıq heyvan növü yaşayır və yerli sularda yaşayan üç mindən artıq müxtəlif növ balıq və yüz minlərlə kiçik çay faunası yaşayır. Amazonun tədqiqatı ilə əlaqədar elmi araşdırmalar hələ də davam edir. Hələ də orada yaşayan canlı aləmin dəqiq şəkildə siyahısı müəyyən edilməmişdir və buna görə də tez-tez yeni canlıların tapılması hallarına rast gəlmək olur. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara belə rast gəlinmişdir. Onların müasir həyatla heç bir əlaqəsi olmadığından, tədqiqatçılar nə onlarla, nə də onların yaşadığı yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəlmişlər.

Çox təəssüflər olsun ki, bu cür zəngin təbiət günü-gündən məhv olmaqdadır. İnsan oğlunun əli dəydiyi yerdə mütləq nəsə baş verməlidir. Elə bu meşəlik ərazilərin də hər keçən gün azalması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır. Braziliyanın xarici dövlətlərə xeyli miqdarda borcu olduğundan o, borcun ödənilməsi üçün meşəliklərin qırılıb satılmasını çıxış yolu kimi görsə də, bir çox dövlətlər, habelə yaşıllığın qorunması üzrə ixtisaslaşmış təşkilatlar buna ciddi cəhdlə qarşı çıxır.

Amazon meşələrini əhatə edən mif və əfsanələr, bir çoxları üçün bir ilham mənbəyidir - filmlər çəkilir və bu yerlər haqqında kitablar yazılır.