Son Xəbərlər
Yanvarın 24-də Azərbaycan Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət
Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal
Hesablama Palatası ı "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
Keçən il qadınlarla bağlı törədilən cinayətlərin ümumi sayında 47 fakt azalma
Siyəzən rayonuna yeni prokuror təyin edilib. Liderxrber.az xəbər verir ki, bu
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla təmasa
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi
banner

Ukraynada Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar

10 fev 2023, 12:13
Ukraynada Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar

Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinin Kleşiyevka qəsəbəsində ötən gün axşam 2 mülki Azərbaycan vətəndaşı Rusiya ordusunun qəfil mərmi atəşi nəticəsində həlak olublar.

LiderXəbər-in "Report"a istinadən əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayonundan olan 60 yaşlı Əliyev Sadıq və oğlu 31 yaşlı Əliyev Cavidin meyitləri mərmi zərbəsindən hissələrə parçalanıb.

Belə ki, Donetsk vilayətinin Pokrovsk şəhərində müvəqqəti yaşayan Azərbaycan vətəndaşları olan ata-oğul ötən gün Toretsk şəhərinin Kleşiyevka qəsəbəsinə iri buynuzlu heyvan (inək) almağa gediblər. Heyvan sahibinin həyətində alış-veriş zamanı qəfil ev Rusiya ordusu tərəfindən mərmi atəşinə tutulub. Nəticədə ev sahibi və adları qeyd olunan Azərbaycan vətəndaşları faciəvi şəkildə həlak olublar.

Hadisənin ardınca yaxın rayonlardan onların ardınca gedən həmyerlilərimiz onlara məxsus avtomobili və üstlərində olan 40 min qrivenə qədər pulu tapmayıblar. Yerli polisin köməyilə axtarışdan sonra avtomobil qəsəbənin kənarında tapılıb. Azərbaycan vətəndaşlarının meyitləri hissələri toplanmış halda hazırda Donetsk vilayətinin Konstantinovka şəhərində morqdadır.

Onların hər ikisi ailəli olub.