Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi

30 may 2026, 11:55
Trampın adı 14 gün ərzində silinməlidir - Məhkəmə qərar verdi

ABŞ-də federal məhkəmə Vaşinqtondakı Kennedi Mədəniyyət Mərkəzi ilə bağlı diqqətçəkən qərar qəbul edib.

Liderxeber.az-ın xəbərinə görə, federal hakim Kristofer Kuper mərkəzin adının qanunsuz olaraq dəyişdirildiyinə qərar verərək, binaya əlavə olunan ABŞ Prezidenti Donald Trampın adının 14 gün ərzində götürülməsini tələb edib.

Məhkəmə qərarında bildirilib ki, sui-qəsd nəticəsində öldürülən keçmiş ABŞ Prezidenti Con Fitscerald Kennedinin adını daşıyan mədəniyyət mərkəzinin adının dəyişdirilməsi səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur.

Qərara reaksiya verən Donald Tramp sosial media hesabında paylaşım edərək mərkəzlə əlaqələrini kəsdiyini açıqlayıb: “Əllərimi bağlasanız, bu ölməkdə olan qurumla heç bir əlaqəm olmayacaq”.

O, mərkəzin idarəçiliyinin tam şəkildə Konqresə verilməsini dəstəklədiyini qeyd edib.