Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

ABŞ səfirliyi Kiyevi tərk edib

28 may 2026, 13:24
ABŞ səfirliyi Kiyevi tərk edib

ABŞ-nin Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevi tərk edib.

Liderxeber.az xəbər verir ki, bunu Kiprdə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin bütün səfirlikləri isə Kiyevdə qalıb:

“Ukrayna tərəfindən dünən bildirildiyinə əsasən, bütün səfirliklər qalıb, yalnız birindən başqa. Avropa ölkələri qalıb, ABŞ tərk edib”.

Qeyd edək ki, mayın 25-də Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən,  ölkə ordusu Starobelskdə kollecə edilən hücuma cavab olaraq Kiyevdə hərbi-sənaye kompleksinə aid müəssisələrə zərbələr endirməyə başlayır. Nazirlik xarici ölkə vətəndaşlarını, o cümlədən diplomatları və beynəlxalq təşkilatların nümayəndələrini Kiyevi mümkün qədər tez tərk etməyə çağırıb. Aİ isə diplomatlarını təxliyə etməkdən imtina edib.