Son Xəbərlər
2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu
Bu gündən yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı,
Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
2026-cı ilin temperatur rekordu İranda qeydə alınıb. İyulun 13-də Dehloran
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.

Avropada rekord temperatur qeydə alındı

26 may 2026, 09:37
Avropada rekord temperatur qeydə alındı

Avropanın bir çox ölkəsində may ayı üçün rekord temperatur göstəriciləri qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, isti hava dalğasının ayın sonuna qədər davam edəcəyi bildirilir.

Böyük Britaniyada temperatur rekord həddə yüksəlib. Paytaxt Londonda havanın temperaturu 30 dərəcəni keçib.

Böyük Britaniya Meteorologiya İdarəsi bəzi bölgələrdə temperaturun 35 dərəcəyə çata biləcəyini və bunun ölkə tarixində qeydə alınan ən isti may günlərindən biri ola biləcəyini açıqlayıb. Güclü istilər səbəbindən bəzi tədbirlər ləğv olunub, eyni zamanda, bir sıra bölgələrdə su təchizatı problemləri yaranıb.

Fransa Meteorologiya Xidməti ölkənin bir çox şəhərində may ayı üçün rekord istilərin müşahidə edildiyini açıqlayıb. Paytaxt Parisdə temperaturun yaxın günlərdə 30 dərəcədən yuxarı qalacağı gözlənilir.

Belçika və Lüksemburqda da yüksək temperatur və ultrabənövşəyi şüalanma ilə bağlı xəbərdarlıqlar edilib. Meteoroloqlar insanlara uzun müddət açıq havada qalmamağı tövsiyə edirlər.

Avstriyanın qərb bölgələrində temperatur ilk dəfə 30 dərəcə həddini aşıb. Paytaxt Vyanada da rekord istilərin gözlənildiyi bildirilir.

İsveçrədə isə həftə ərzində temperaturun 28-32 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır. Sürix, Lüsern və Bazeldə 32 dərəcə istilik gözlənilir.

İspaniyada isə istilərin daha da güclənəcəyi açıqlanıb. Meteoroloqlar bəzi bölgələrdə temperaturun 40 dərəcəyə qədər yüksələcəyini bildirirlər.

Xüsusilə Badaxos şəhərində rekord istilər proqnozlaşdırılır. İspaniya Dövlət Meteorologiya Agentliyi isə ölkənin bəzi bölgələrində qısamüddətli, lakin güclü yağışların da mümkün olduğunu açıqlayıb.