Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

ABŞ Ukraynaya silah satışını təsdiqlədi

22 may 2026, 09:15
ABŞ Ukraynaya silah satışını təsdiqlədi

Amerika Birləşmiş Ştatlar "HAWK" zenit-raket komplekslərinin fəaliyyətinin təmin edilməsi məqsədilə Ukraynaya 108.1 milyon dollar dəyərində avadanlıq və xidmətlərin mümkün satışına razılıq verib.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat dərc olunub.

Sənəddə qeyd olunur ki, Kiyev rəhbərliyi sözügedən zenit-raket kompleksləri üçün ehtiyat hissələri və detalların alınması, onların modernləşdirilməsi və texniki baxışı üzrə dəstək, eləcə də avadanlıqların təmiri və qaytarılması xidmətləri üçün müraciət edib.

Layihənin əsas podratçısı kimi "Sierra Nevada Corporation" şirkəti çıxış edəcək. Bəyanatda vurğulanır ki, bu müqavilə ABŞ-nin milli maraqlarına tam uyğundur və regiondakı qüvvələr balansına təsir göstərməyəcək.

Bundan əlavə, Dövlət Departamenti hesab edir ki, sözügedən razılaşma ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına heç bir mənfi təsir yaratmayacaq.