Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Ürək üçün ən faydalı yay giləmeyvəsi açıqlanıb

21 may 2026, 11:14
Ürək üçün ən faydalı yay giləmeyvəsi açıqlanıb

İspaniyalı kardioloq Aurelio Roxas elmi araşdırmalara əsaslanaraq ürək sağlamlığı üçün ən faydalı olan yay giləmeyvəsini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə İspaniyanın "Deia" nəşri məlumat yayıb.

Həkimin sözlərinə görə, çiyələk tərkibindəki yüksək miqdarda antioksidant və liflər sayəsində orqanizmdə xroniki iltihabla mübarizədə mühüm rol oynayır. Bu iltihab növü isə şəkərli diabet, piylənmə və xroniki yorğunluq kimi ciddi sağlamlıq problemlərinin əsas səbəblərindən biri hesab olunur.

Mütəmadi olaraq çiyələk istehlak etmək insulinə qarşı həssaslığı yaxşılaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.

Mövcud təhlükələrdən bəhs edən kardioloq çiyələyin qoruyucu funksiyasını belə izah edir:

"Qanda qlükozanın kəskin şəkildə yüksəlməsi bədəndəki iltihabi prosesləri artırır. Bu isə damarların və hüceyrələrin yaşlanmasını sürətləndirərək ürək-damar xəstəliklərinin yaranma riskini birbaşa artırır".

O, həmçinin qeyd edib ki, çiyələk orqanizmə əlavə kalori yükü yaratmadan toxluq hissini artırır və hüceyrələri dağıdan oksidləşdirici stresi minimuma endirir. Bu səbəbdən yay aylarında ürəyini qorumaq istəyənlər üçün çiyələk ən ideal qida seçimidir.