Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Putin və Tramp Çində görüşə bilərlər

20 may 2026, 16:16
Putin və Tramp Çində görüşə bilərlər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti çərçivəsində görüşə bilərlər.

Liderxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Düşünürəm ki, bütün hallarda, əgər hər iki lider Çindədirsə, çox güman ki, onların yolları kəsişəcək. Hələlik bu barədə razılıq əldə edilməyib, lakin kiminsə bundan imtina etmə ehtimalı azdır”, - o bildirib.

Bununla belə, Uşakov Moskva və Vaşinqtonun Çində dövlət başçıları arasında görüşün keçirilməsi ilə bağlı bir-biri ilə əlaqə saxlamadıqlarını deyib.

Qeyd edək ki, ASİƏT-in növbəti sammiti bu ilin noyabr ayında Çində keçiriləcək.