Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Tbilisidə biletlərin yoxlanılması və qeydiyyatı test ediləcək

20 may 2026, 15:00
Tbilisidə biletlərin yoxlanılması və qeydiyyatı test ediləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin (GDY) əməkdaşlarına təlim keçir.

Liderxeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, praktik təlimdə məqsəd iki ölkənin bilet satış sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etmək və əməliyyat proseslərini uyğunlaşdırmaqdır.

Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və reyestrə salınması üzrə əməliyyatlar test ediləcək.

ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirəcək. Bu, vahid satış və qeydiyyat prosesinin qurulmasına imkan verəcək, Gürcüstan kassaları ADY platformasında real vaxt rejimində görünəcək.

Qeyd edilib ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq. Yəni ilkin mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət tərkibi və lokomotivlərlə həyata keçiriləcək.