Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Ev şəraitində hazırlanan limonlu maskaların dəriyə zərərləri

20 may 2026, 10:15
Ev şəraitində hazırlanan limonlu maskaların dəriyə zərərləri

Tərkibində limon suyu olan, ev şəraitində hazırlanan maskalar dərinin epidermal qatına ciddi zərər vura bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə "NEWS.ru" portalına müsahibəsində dermatoloq-kosmetoloq Mədinə Osman xəbərdarlıq edib.

Mütəxəssisin açıqlamasına əsasən, bitki tərkibli təbii maskaların dərhal və nəzarətsiz tətbiqi dəri örtüyündə ciddi qıcıqlanmalarla nəticələnə bilər:

"Əksəriyyət elə düşünür ki, hər hansı məhsul təbii şəraitdə yetişibsə, o, dəriyə mütləq fayda verəcək. Ancaq belə ehtiyatsız yanaşma ağır fəsadlar doğura bilir", - deyən həkim ev şəraitində ən çox istifadə olunan təhlükəli vasitələri sadalayıb:

Limon suyu: dərini ağartmaq məqsədilə istifadə edilsə də, əslində epidermis qatını aqressiv şəkildə zədələyir və dərinin turşu-qələvi (pH) tarazlığını alt-üst edir.

Bal: hamı üçün faydalı bilindiyi halda, əslində çox güclü bir allergendir. Dəriyə vurulduğu zaman qızartı, şişkinlik yaradır və xüsusilə ekzemadan əziyyət çəkənlərin vəziyyətini daha da ağırlaşdırır.

Tərəvəzlər: tərəvəzlərdən hazırlanan maskalar da tam təhlükəsiz sayılmır. Onların tərkibində olan fermentlər və turşular həssas dərini kəskin qıcıqlandıra bilər.