Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Tailand turistlər üçün vizasız qalma müddətini azaldır

20 may 2026, 09:30
Tailand turistlər üçün vizasız qalma müddətini azaldır

Tailand 90-dan çox dövlətin vətəndaşları üçün tətbiq olunan vizasız rejim müddətini iki dəfə azaltmağı planlaşdırır.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Nation" nəşri məlumat yayıb.

Bildirilir ki, müvafiq qərar hökumətin çərşənbə axşamı keçirilən toplantısında təsdiqlənib. Qeyd olunur ki, 60 günlük vizasız müddətin ləğv olunacağı dövlətlər üçün əvvəlki qaydalar bərpa ediləcək: yəni onlar Tailandda vizasız 30 gün qala biləcəklər.

Bəzi ölkələr üçün isə qısamüddətli turizm məqsədi ilə vizasız giriş müddəti 15 günə qədər qısaldıla bilər.

"Yalnız sərhəd keçidini asanlaşdırıb kütləviliyi təmin etmək əvəzinə, təhlükəsizliyin gücləndirilməsi və xarici turizmin tərəqqisi üçün viza prosedurlarına daha həssas yanaşılması tapşırılıb", - deyə ölkənin baş naziri bəyan edib.

Qeyd edək ki, 60 günlük vizasız qayda 2024-cü ildə turist axınını təşviq etmək məqsədilə qüvvəyə minmişdi. Bu qaydanın ləğvinə səbəb kimi vizasız imkandan istifadə edərək turizm adı altında başqa məqsədlərlə Tailanda səfər edən xaricilərin çoxalması göstərilir.