Son Xəbərlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun
Avropa sakinlərinin ABŞ-yə etimadı indiyə qədər olan ən aşağı səviyyəyə enib.
Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir

“Mossad” İranda gizli dron bazası qurubmuş...

13 iyn 2025, 13:15
“Mossad” İranda gizli dron bazası qurubmuş...

İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirdiyi xüsusi əməliyyatla bağlı əlavə detallar məlum olub.

Liderxeber.az xəbər verir ki, İsrailin “Ynet” portalı təhlükəsizlik məsələləri üzrə mənbəyə istinadən İran əraizisinə zərbələrin təfərrüatı barədə yazıb. 

Bildirilib ki, sözügedən əməliyyat uzun illər ərzində planlaşdırılıb və prosesdə İsrail Müdafiə ordusu, “Mossad” kəşfiyyat xidməti və İsrailin müdafiə sənayesinin nümayəndələri iştirak edib. 

Mənbənin sözlərinə görə, əməliyyat çərçivəsində “Mossad” agentləri hücumdan hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaradıblar. 

O əlavə edib ki, əməliyyatın hazırlıqlarına kəşfiyyat məlumatlarının toplanması və İranın dərinliklərində agentlərin əvvəlcədən yerləşdirilməsi daxil olub. Belə ki, bazanın yaradılması ilə məhz həmin agentlər məşğul olub. 

Gecə həmin bazadan buraxılan hücum dronları İranın əsas hərbi məntəqələrindən biri olan “Espacabad” obyektində yerləşən “yer-yer” raket qurğusuna zərbələr endirib. 

Onu da xatırladaq ki, İsrail Müdafiə ordusu İrana hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsinin iştirak etdiyini açıqlayıb. Bildirilib ki, həmin qırıcılarla İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib.