Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

“Semeçka”nın bu faydalarını bilirdinizmi?

25 yan 2025, 08:08
“Semeçka”nın bu faydalarını bilirdinizmi?

Günəbaxan tumları essensial yağ turşuları, vitaminlər və mineralla zəngindir.

Liderxeber.az xəbər verir ki, fol turşusu və E vitamini ehtiva etdiyi üçün ürək-damar sağlamlığı üçün çox faydalıdır.

Tərkibindəki yüksək E vitamini sayəsində ürək, beyin və damar funksiyalarını tənzimləyir, qan dövranını sürətləndirir. Təbii liflər sayəsində maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.

Pis xolesterolu azaldır və qan şəkərini tarazlaşdırır. Dərinin qocalmasını ləngidir. Zülalla zəngin olduğu üçün tox tutma xüsusiyyətinə malikdir. Həmçinin bədəndə protein sintezini təmin edir və əzələ ağrılarının qarşısını alır. Stresslə mübarizə aparır və terapevtik təsir göstərir.

Bundan başqa yaddaşı gücləndirir. Xüsusilə imtahan dövründə zehni gücləndirməyə kömək edir.

Yüksək miqdarda E vitamini ehtiva etdiyi üçün prostat xərçənginin qarşısını alır.

Tərkibində dəmir və sink olduğundan uşaqların sümük quruluşunu və diş sağlamlığını gücləndirir.

Tərkibində olan bədənin ehtiyac duyduğu sağlam yağlar ürək üçün də faydalıdır. Sink və antioksidantlarla zəngindir, immunitet sistemini gücləndirir. Zəngin vitamin və mineral tərkibi ilə dırnaqlardakı ağ ləkələri aradan qaldırmağa kömək edir. Sinir sistemini tənzimləyir və Alzheimerdən qoruyur. E, B5, B1 vitaminləri və fol turşusu sayəsində saç və dəri sağlamlığı üçün faydalıdır.

Gündə yalnız bir ovuc günəbaxan tumları istehlak edilməlidir. Yağlı olduğu üçün həddindən artıq istehlak edildikdə çəki artımına səbəb olur. Çox duzlu qəbul edilərsə, böyrək funksiyalarına mənfi təsir göstərə bilər.