Son Xəbərlər
Yanvarın 24-də Azərbaycan Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət
Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal
Hesablama Palatası ı "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
Keçən il qadınlarla bağlı törədilən cinayətlərin ümumi sayında 47 fakt azalma
Siyəzən rayonuna yeni prokuror təyin edilib. Liderxrber.az xəbər verir ki, bu
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla təmasa
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi
banner

Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər

24 yan 2025, 14:24
Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər

Sovet ordusunun 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qətliamın davamında növbəti hədəf dörd gün sonra Cəlilabad rayonu olub.

Liderxeber.az-ın Muğan bürosunun məlumatına görə, sovet ordusu bölmələrinin 1990-cı il yanvarın 24-də Cəlilabad rayonunda dinc əhaliyə divan tutması nəticəsində 100-dən çox adam yaralanıb, onlarla günahsız insan həbs edilib.

35 il əvvəl baş verən qanlı hadisələrin şahidi və iştirakçısı olan Səxavət Böyükağa oğlu Məhərrəmovun sözlərinə görə, həmin günlərdə sovet hərbçiləri ilk növbədə milli-azadlıq hərəkatının fəal iştirakçılarını “neytrallaşdırmağa” çalışıblar:

“O vaxt bütün Azərbaycanı bürüyən azadlıq hərəkatı Cəlilabadda daha güclü olduğu üçün 1990-cı il yanvarın 24-də sovet qoşunları bura yeridildi. Həmin gün sovet zabitləri günorta saatlarında bizi - hərəkat fəallarından olan 11 nəfəri danışıq aparmaq üçün rayonda yerləşən hərbi hissələrdən birinə dəvət etdilər. Hərbi hissəyə getdikdə onlar bizi aldadaraq həbs etdilər".

S.Məhərrəmov xatırlayır ki, daha sonra onları iki vertolyotla Bakıya aparıblar:

"Ancaq Bakıya çatana qədər bu vertolyotlar iki dəfə eniş etdi. Birinci dəfə bizi qolu bağlı vəziyyətdə vertolyotdan Neftçalanın Qoltuq qəsəbəsində qamışlıq ərazidə düşürdülər. Bizi yarımtikili bir binaya gətirdilər. Bizi həmin binada soyundurub “dubinka” ilə vəhşicəsinə döyməyə başladılar. Hiss olunurdu ki, bizi döyən ehtiyatdan çağırılmış 30-40 yaşlı hərbçilər narkotik maddənin təsiri altındadırlar. Bu, onların bizə qarşı qəddarlığından açıq görünürdü. Sonra bizi dağlıq əraziyə gətirərək itləri üzərimizə qısqırtdılar. Bu “əyləncə”dən sonra bizi yenidən möhkəm döydülər. Onlar belə davranmaqla, yəqin bizə psixoloji təsir göstərmək istəyirdilər".

Onun sözlərinə görə, Cəlilabaddan Bakıya gedən bu əzablı yolçuluq təqribən dörd saat çəkib. Bakıya gətirildikdə, onları bir ay Şüvəlan həbsxanasında, 11 gün isə xəstəxanada saxladılar:

"Ümumilikdə 1 il 4 ay müxtəlif həbsxanalarda saxlanıldıq. Məhkəməmiz doqquz ay davam etsə də, hər hansı sübut olmadığı üçün bizi azadlığa buraxdılar”.

S.Məhərrəmov sovet ordusunun keçirdiyi “Cəlilabad əməliyyatı”nın ağır nəticələrini bir daha xatırladaraq çəkilən əziyyətlərin boşa getmədiyini vurğulayıb:

“Ümumilikdə Cəlilabad hadisələrində 100-dən çox sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Aldığı güllə yaraları ağır olduğundan, onlardan 14 nəfəri ömürlük əlil qaldı. Şükür Allaha, bu gün qüdrətli dövlətimiz və ordumuz var. Həmin dəhşətli və məşəqqətli yanvar günlərində çəkdiyimiz əziyyət hədər getməyib”.