Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO

20 yan 2025, 11:33
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO

Azərbaycan xalqı 20 Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edir.

Liderxeber.az-ın məlumatına görə, yanvarın 20-də səhər saatlarından Şəhidlər Xiyabanına ziyarət başlayıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.

Öldürülənlər və yaralananlar arasında qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu. 20 Yanvar faciəsi bəşəriyyətə, insanlığa, humanizmə qarşı törədilmiş terror aktıdır. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan müstəqillik mübarizəmizin dönüm nöqtəsidir.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin məzarları arasında baş daşına həlak olması günü 20.01.1990-cı il kimi qeyd olunan dörd naməlum şəxsin də məzarı var. Bunlar 20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanlarıdır.