Son Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi
Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) yeni təyinat reallaşıb. Liderxeber.az
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin
Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə üstünlük
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşları ilə birlikdə Qəzza zolağına
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problem yaranıb.
“Turkish Airlines” avişirkəti Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında
Kubanın Olqin şəhərindəki sursat anbarında baş verən partlayışlar nəticəsində
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
banner

Dərini gözəlləşdirir, saçları gücləndirir

16 yan 2025, 09:18
Dərini gözəlləşdirir, saçları gücləndirir

Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə üstünlük verilən məhsuldur. 

Liderxeber.az xəbər verir ki, qida, kosmetika, tibb, tibb və əczaçılıq kimi bir çox sektorda istifadə olunur.

Gül suyu içmək soyuqdəymə və boğaz ağrılarına yaxşı təsir edir. Əsəbləri rahatlaşdıraraq yorğunluğu aradan qaldırmağa yardımçı olur.  Lakin daha çox dəriyə qulluq vasitəsi kimi gül suyu geniş tətbiq edilir.

Gül suyu dərinin nəm balansını qoruyur. Təbii tərkibə malik olduğu üçün nəmləndirir və bütün dəri tipləri üçün faydalıdır.

Gül suyu dəri üçün əla tonik hesab olunur. Makiyajdan sonra və gecə yatmazdan əvvəl üzü gül suyu ilə təmizləyərək parlaq və canlı dəriyə sahib olmaq olar.

Göz altı şişlərinə də yaxşı təsir göstərir. Pambıq vasitəsilə yorğun və yuxulu olan gözlərin alt nahiyəsinə çəkmək faydalıdır. Bir müddət sonra şişkinliyin azaldığını görmək mümkündür.

Dərinin pH balansını qoruyaraq ləkələrin aradan qaldırılmasında mühüm rol oynayır. Hava şəraitinə görə dəridə yığılan toksinlərin çıxarılmasına kömək edir. Tıxanmış məsamələri açır və dərinin hamar bir təbəqəyə sahib olmasını təmin edir. Daimi istifadə edildikdə, mat görünüşlü canlı dəriyə sahib olmaq olar.

Bundan əlavə, tərkibindəki güclü antioksidantlar sərbəst radikallarla mübarizə aparır, dəridə kollagen istehsalını dəstəkləyir və qırışların görünüşünü azaldır. Eyni zamanda dərinin elastikliyini artıraraq daha gənc görünüş təmin edir.

Gül suyu təkcə dəriyə qulluqda deyil, saç sağlamlığında da mühüm rol oynayır. Təbii xüsusiyyətləri sayəsində baş dərisini qidalandırır, saçları gücləndirir və parlaqlıq verir. Saça gül suyunu şampuna əlavə edərək və  ya sprey vasitəsilə tətbiq etmək olar.

Gül suyu saç tellərini qidalandırır, onlara təbii parlaqlıq və yumşaqlıq verir.

Gül suyu hazırlamaq üçün kiçik bir qazanda su və gül ləçəklərini qarışdırın. Qaynamağa başlayanda istiliyi minimuma endirin. Gül ləçəklərinin rəngi daha açıq və şəffaf olana qədər gözləyin. Qapağı açmadan soyumağa qoyun və daha sonra istifadə edin.

Üzünüzə çəkdikdən sonra təxminən 10 dəqiqə gözləyə və dərinizi soyuq su ilə yuya bilərsiniz.