Son Xəbərlər
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və

“Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” - Natiq Cəfərli

21 apr 2025, 10:37
“Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” - Natiq Cəfərli

REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qanunsuz cərimə yazdığını iddia edir.

Liderxeber.az xəbər verir ki, N.Cəfərli parkinq xidmətindən istifadə etmədiyi halda AYNA tərəfindən 20 manat cərimələndiyini deyir. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi AYNA-nın aprelin 19-da yazdığı inzibati protokolla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istədiyi kimi xərcləyən AYNA, sizdən mesaj aldım, bugünkü tarixdir. Bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur, maşın 7 saatdır ofisin qarşısındadır.

Çağrı mərkəzinizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız.

Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz”, - deyə, N.Cəfərli fikrini bölüşüb.

Natiq Cəfərli daha sonra həmin problemə görə AYNA-dan ona zəng edildiyini və məsələ ilə bağlı araşdırma aparıldığını əlavə edib.

Qeyd edək ki, inzibati protokol İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən tərtib edilib. Bu maddə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsini nəzərdə tutur.