Son Xəbərlər
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və

Qubada sel sakinləri evsiz qoyub

17 apr 2025, 11:03
Qubada sel sakinləri evsiz qoyub

Quba rayonu Çiçi kəndində aramsız yağan yağışlar nəticəsində sel suları yaşayış olan evləri dağıdıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı kənd sakinləri müraciət ediblər. 

Sakinlərin sözlərinə görə, evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir: “Hazırda kənddə yollar bərbad vəziyyətdədir. Sel suları evlərin içinə dolub”. 

Vətəndaşlar təhlükə səbəbindən evlərinə girib yaşaya bilmirlər. 

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görülür: “Təkcə Çiçi kəndində deyil, Qubanın bir çox kəndlərində vəziyyət oxşardır. Ötən gün yağan güclü yağışlar sel daşqınlarına səbəb olub. Sel daşqınları əhalinin təsərrüfatına, yol-nəqliyyat infrastrukturuna, işıq, qaz, rabitə sahəsinə təsirsiz ötüşməyib. Hazırda bütün bunların aradan qaldırılması üçün işlər gedir”.