Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

13 may 2024, 14:47
Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Mayın 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında turizm əlaqələrinin daimi genişlənməkdə olduğu, Azərbaycanın Moskvada turizm nümayəndələyinin açılması, qarşılıqlı turist axını, 5 mart 2024-cü il tarixində imzalanmış turizmə dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin icrası üzrə həyata keçiriləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin “Şahdağ” Turizm Mərkəzinin timsalında Azərbaycandakı qış və dağ-xizək mərkəzləri ilə Rusiyanın aidiyyəti turizm müəssisələrinin əməkdaşlığı, turizm təhsili üzrə təcrübə mübadiləsi, ikili diplom proqramlarının yaradılması kimi məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.