Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir

06 mar 2025, 14:20
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir

Bu ilin fevral ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 73,79 % təşkil edib.

Liderxeber.az-ın “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 2,69 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 22,49 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 1,69 faiz bəndi artaraq, illik isə 21,37 faiz bəndi azalaraq 11,73 % təşkil edib.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 0,1 faiz bəndi artaraq, illik isə 1,83 faiz bəndi azalaraq 5,49 % olub.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,39 faiz bəndi, illik isə 0,35 faiz bəndi artaraq 4,7 % təşkil edib.

İlk beşliyi 2,9 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,56 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,62 faiz bəndi artıb.