Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

BMU ilə Qazaxıstan universiteti arasında memorandum imzalandı - Fotolar

04 mar 2025, 18:17
BMU ilə Qazaxıstan universiteti arasında memorandum imzalandı - Fotolar

ADA Universitetində Azərbaycanla Qazaxıstanın elm və təhsil nazirləri Emin Əmrullayev və Sayasat Nurbek, eləcə də hər iki ölkənin nüfuzlu ali məktəb rektorlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Liderxeber.az xəbər verir ki, “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusuna həsr olunan tədbirdə dost və qardaş ölkələrin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin elmi əlaqələrin inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Müzakirələrin ardınca Qazaxıstan və Azərbaycanın bir sıra universitetləri arasında anlaşma memorandumları imzalanıb.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti arasında imzalanan memorandum tərəfdaş universitetlərin professor-müəllim heyəti, eləcə də bakalavr, magistr, doktorantların tədris və elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, müəllim və tələbələrin mübadiləsini asanlaşdırmaq məqsədini daşıyır.

Sənədə əsasən, elmi tədqiqat məsələlərinə dair simpozium, konfrans, qısamüddətli kurslar və görüşlərin təşkili, birgə tədqiqat, həmçinin ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə edilməsi üzrə birgə tədbirlərin təşkili, elmi, metodik nəşrlərin mübadiləsi həyata keçiriləcək.