Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Pakistan Azərbaycanla 2 milyard dollarlıq investisiya sazişlərinin hazırlanması üçün komitə yaradıb

04 mar 2025, 14:00
Pakistan Azərbaycanla 2 milyard dollarlıq investisiya sazişlərinin hazırlanması üçün komitə yaradıb

Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hərtərəfli plan hazırlamağı tapşırıb.

Liderxeber.az Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu qərar Ş.Şərifin Azərbaycana son səfərinin nəticələrinə həsr olunmuş martın 4-də keçirilən hökumət iclasında qəbul edilib.

"Baş nazir Bakıda imzalanmış anlaşma memorandumları və sazişlərin dərhal həyata keçiriləcəyini bildirib. Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar sərmayə qoymaq niyyəti ilə bağlı bəyanatı fonunda Baş nazir Şahbaz Şərif müavini və xarici işlər naziri İshaq Darın rəhbərliyi altında komitə yaradıb. Komitə enerji və infrastruktur sahələrində sazişlərin hazırlanması ilə məşğul olacaq", - KİV-lər qeyd edib.

KİV-lərin məlumatına görə, Şərif həmçinin ölkənin ticarət nazirliyinə Azərbaycanla ticarət həcminin 2 milyard dollara çatdırılması üçün kompleks plan təqdim etməyi tapşırıb.

Bundan əlavə, Baş nazir gələn ay Azərbaycan Prezidentinin Pakistana gözlənilən səfərinə hazırlıq işlərinin prioritet qaydada başa çatdırılmasını tapşırıb.

Ş.Şərif, həmçinin Azərbaycanda və Pakistanla əhəmiyyətli ticarət potensialı olan digər ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi barədə göstəriş verib.