Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

27 fev 2025, 09:10
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü Türkiyədə keçiriləcək.

Liderxeber.az Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın XİN rəhbəri Maka Boçorişvili Türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra deyib.

Məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.

Onun sözlərinə görə, görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının nəticələri yüksək qiymətləndirilib.

Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.