Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib

29 yan 2025, 09:01
Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib

Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü və ondan sonra otuz ilə yaxın müddətdə ölkəmin ərazilərinin işğalı zamanı törətdiyi kütləvi vəhşiliklərin, digər cinayətlərin araşdırılması və mühakimə olunması üçün konkret addımlar atıb.

Luderxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının "silahlı münaqişə şəraitində insan ləyaqətinin qorunması: beynəlxalq humanitar hüquq normalarına riayət olunmasına yardım" mövzusunda bugünkü qeyri-rəsmi interaktiv dialoqda çıxışında yer alıb.

Tofiq Musayev qeyd edib ki, ciddi qanun pozuntularının inkarı və məhəl qoyulmaması, mətbuatda, parlamentlərdə, beynəlxalq təşkilatlarda dezinformasiya və qarayaxma kampaniyaları vasitəsilə ədaləti gözdən salmaq və bununla da ədalətə mane olmaq cəhdləri ilə birlikdə beynəlxalq hüquqa və qanunun aliliyinə açıq hörmətsizlikdir.