Son Xəbərlər
Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Fövqəladə Hallar
Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı
2024-cü il yanvarın 1-nə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL)
Bu gün ölkə səhiyyəsində öz nüfuzu və uğurları ilə seçilən səhiyyə
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin
Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində iştirak edib. Liderxeber.az
2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen apreldə
banner

İsrail nə üçün Azərbaycanı ABŞ-dən üstün tutur? - Bizdən nə danışırlar?

28 yan 2025, 08:41
İsrail nə üçün Azərbaycanı ABŞ-dən üstün tutur? - Bizdən nə danışırlar?

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, ölkəmizin də aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Davosda keçirdiyi görüşləri, verdiyi müsahibələri, iclaslardakı çıxışlarını dünya mediası böyük maraqla izləyərək izləyicilərinin diqqətinə çatdırıb. İsrailin "i24NEWS" nəşri "Azərbaycan və İsrail: 30 illik əlaqələr qeyd olunur" sərlövhəli məqalə dərc edib.

Xəbərdə bildirilib ki, 30 il əvvəl Nyu-Yorkda Azərbaycan Prezidenti Heydər Əliyevlə İsrailin Baş naziri İshak Rabin arasında təkbətək görüş keçirilib. Hər iki ölkə başçısının qarşılıqlı dəstək məsələlərini müzakirə etdikləri diqqətə çatdırılıb.

O vaxtdan bəri bu əlaqələr inkişaf edib və Azərbaycan İsrailin ən yaxın müttəfiqlərindən birinə çevrilib. "Azərbaycan ABŞ-dən sonra İsrailə ən yaxın ölkədir. Ancaq Vaşinqtonun əksinə Bakı heç vaxt Fələstin münaqişəsi və ya digər məsələlərlə bağlı Qüdsə təzyiq göstərməyib", - deyə xəbərdə vurğulanıb.

Rusiyanın TASS informasiya agentliyi xəbər verir ki, Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Mənbə bildirib ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib. "Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi dəstək verməyə hazırıq", - deyə nazir açıqlama verib.

"The Caspian Post" xəbər verir ki, Azərbaycan və İran qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırır.

Xəbərdə bildirilib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İrana səfəri çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb. Mənbə qeyd edib ki, görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ətraflı Baku TV-nin süjetində: