Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər

23 yan 2025, 07:56
Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər

Azərbaycanla İran “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.

Liderxeber.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında əldə olunub.

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq iclasda bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.

Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək edir.

Qeyd edək ki, üçillik fasilədən sonra keçirilmiş iclasda tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton tranzit həcminə çatmağa imkan verəcək.

Görüşdə İran və Azərbaycanın dəmir yolu qurumları arasında Astarada dəmir yolu terminalının tikintisinin tamamlanması haqqında saziş də imzalanıb ki, bu da “Şimal-Cənub” dəhlizinin reallaşdırılması yolunda mühüm addım olacaq.