Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

İrakli Kobaxidze İlham Əliyevə Gürcüstana verdiyi dəstəyə görə təşəkkür edib

17 yan 2025, 17:51
İrakli Kobaxidze İlham Əliyevə Gürcüstana verdiyi dəstəyə görə təşəkkür edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə Gürcüstan və gürcü xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib.

Liderxeber.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Hökumətin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, İrakli Kobaxidze Prezident İlham Əliyevə və Baş nazir Əli Əsədova səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb:

“Bizim üçün bu dostluq və münasibətlərin daha da dərinləşməsi son dərəcə vacibdir. Bu, həm bizim, həm də əminəm ki, Azərbaycanın strateji maraqlarına xidmət edir. Bir daha Prezident İlham Əliyevə Gürcüstan və gürcü xalqına göstərdiyi dəstəyə və Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürümü bildirirəm,” – deyə Baş nazir Kobaxidze qeyd edib.