Son Xəbərlər
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.

Çinlə “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub

13 noy 2024, 17:26
Çinlə “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 13-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Din Süesyan ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Liderxeber.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi və cari ilin iyul ayında ölkə rəhbərləri tərəfindən qəbul edilmiş strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə xüsusilə qeyd olunub.

COP29 çərçivəsində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti üzrə Sammitində Çin Xalq Respublikasının xüsusi nümayəndəsi qismində iştirak məqsədilə ölkəmizdə səfərdə olan cənab Din Süesyan ilə qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanaraq Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub.

Görüşdə həmçinin geniş gündəliyə malik əməkdaşlığımızın bir çox sahələrdə dərinləşməsi və yeni məzmunla zənginləşdirilməsi məqsədilə səylərin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.