Son Xəbərlər
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.

Azərbaycan və İran Hərbi Dəniz qüvvələrinin təlimindən görüntülər

04 noy 2024, 16:01
Azərbaycan və İran Hərbi Dəniz qüvvələrinin təlimindən görüntülər

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə "AZIREX-2024" birgə taktiki təlimi keçirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.

Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.

Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib