Son Xəbərlər
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.

Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru: "Azərbaycan üçün çox vacib tərəfdaşıq"

21 okt 2024, 08:18
Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru: "Azərbaycan üçün çox vacib tərəfdaşıq"

"Gürcü Arzusu" partiyası Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün böyük işlər görüb. Çünki Azərbaycan Gürcüstan üçün, Gürcüstan da Azərbaycan üçün çox vacib tərəfdaşdır".

Liderxeber.az xəbər verir ki, bu sözləri açıqlamasında Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru, professor David Aptsiauri deyib.

"Son zamanlar Azərbaycan və Gürcüstanın iqtisadi əlaqələrinin inkişaf dinamikasının şahidi oluruq. Buna isə hələ illər öncə imzaları atılmış nəhəng layihələr töhfə verib. Azərbaycan və Gürcüstanın ikitərəfli əlaqələri geosiyasi və geoiqtisadi önəm daşıyır.

Bütün bunların təməli hələ 90-cı illərdə qoyulub. Yaranan bütün çətinliklərə baxmayaraq, ilk nəhəng beynəlxalq regional layihələri həyata keçirməyi bacarmışıq", - D.Aptsiauri bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında olan dostluq əlaqələri indiyə yox, onilliklər əvvələ dayanır:

"Dost və qardaş ölkə ilə münasibətlər, həmçinin birgə beynəlxalq layihələrin tərkib hissəsi olmaq hər kəsə nümunə olmalıdır. Gürcüstan əlindən gələni edir ki, azərbaycanlı iş adamları ölkəyə daha çox sərmayə yatırsınlar".