Binəqədi Rayon Mədəniyyət evində "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin II qurultayı keçirilib.
Liderxeber.az xəbər verir ki, qurultay Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
İctimai birliyin təsiçisivə ilk rəhbəri Elvin Mahmudzadə çıxış edərək təşkilatınkeçdiyi uğurlu fəaliyyət yolundan danışıb və yeni vəzifə icra edəcəyinə görə öz istəyi ilə sədrliydənistefa verdiyini açıqlayıb.
Qurultayda hesabat dinlənilib və üzvlər tərəfindən ötən müddət ərzində ictimi birliyin fəaliyyəti qiymətləndirilib.
Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, 44 günlük Vətən müharibəsinin qazisi, Sumqayıt Tibb Mərkəzinin Təhlükəsizlik və mühafizə bölməsinin müdiri Mahir Məmmədov "Azərbaycan Vətənpərvərlər”İctimai Birliyinin yeni sədriseçilib.
M.Məmmədova ona göstərilən etimada görə qurultay iştirakçılarına təşəkkür edib və bu işi layiqlə və şərəflə icra edəcəyini vurğulayıb.
Digər çıxış edənlər - 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, "Sarı Komutan” ləqəbli Kamil Şirinovun atası Əliş Şirinov, "Azərbaycan Vətənpərvərlər " İctimai Birliyinin idarə heyətinin üzvləri Xəyalə Maarifqızı, Nigar Rzayeva, Elvin Abbasov, Elvin Vəliyev, Valeh İmanov, Rəfael Nuriyev yeni seçilən sədrə uğurlar diləyiblər.
Qurultayda fəxri qonaqlar qismində iştirak edən "Ümid" partiyasının İcra Aparatının rəhbəri Taleh Alıyev və "Ümid" partiyasının sədr müavini Tamilla Qulami çıxışlarında ictimai birliyin fəaliyyətinin bundan sonra da uğurlu olacağına əminliklərini ifadə ediblər.
Sonda ictimai birliyin Sumqayıtşəhər, Abşeron, Xaçmaz, Samux, İmişli və Şuşa rayon təşkilatlarının sədrləri üzvlərə vəsiqələr və Təşəkkürnamələr təqdim ediblər.
Bununla yanaşı, "Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin bir sıra fəal üzvləri 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə veteranları və müharibə əlillərininə diqqət və qayğı ilə yanaşdıqları üçün Fəxri Fərmanla təltif olunublar.
Sonda xatirə fotosu çəkilib.